AMEA-da kadr dəyişiklikləri edildi
17 Oktyabr 2013 Cümə Axşamı 18:00
Ədəbiyyat İnstitutunda yeni şöbə yaradılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun yeni strukturu təsdiqlənib. AMEA-dan ANS PRESS-ə verilən məlumata görə , Akademiyanın İctimai və Himanitar Elmlər Bölməsinin rəhbəri Kamal Abdulla Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib ki, əvvəl olduğu kimi, institutun yenə də 10 şöbəsi olacaq:
“Yeni yaradılan şöbələr müasir tələblərə cavab verir ”.

Bununla yanaşı, Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi yaradılıb.

İnstitutun şöbələrinə Müasir Azərbaycan dili, Dil tarixi və dialektologiya, Sosial linqvistika və dil siyasəti, Qədim dillər və mədəniyyətlər, Sosio-dilçilik və dil siyasəti, Nəzəri dilçilik, Hind-Avropa dilləri, Monitorinq, Kompüter dilçiliyi, Türk dilləri şöbəsi daxildir.
AMEA prezidentinin müşaviri Rəhim Hüseynovun tutduğu vəzifədə qalmaqla Rəyasət Heyəti Mərkəzi aparatının İnnovasiya şöbəsinin rəisi vəzifəsinə təyin edildiyi açıqlanıb.

Mərkəzi aparatın Beynəlxalq əlaqələr idarəsinin rəisi, professor Ədalət Həsənovun vəzifəsindən azad edildiyi elan olunub. Bu vəzifəyə Geologiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayevin təyin edildiyi bildirilib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar