Ali tehsil sisteminde radikal addımlar atılacaq
17 May 2013 Cümə 15:52
Belə açıqlama ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxış edib.
Yaxın vaxtlarda Azərbaycanın ali təhsil sahəsində radikal islahatlar aparılacaq. Bu barədə APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru (BDU) Abel Məhərrəmov deyib.

Yeni təhsil naziri Mikayıl Cabbarovla görüşərək müxtəlif istiqamətlərdə söhbətlər etdiyini deyən A. Məhhərmov qeyd edib ki, yeni və müasir düşüncə ilə ali təhsildə müəyyən dəyişikliklər ediləcək: “Düzdür, təhsildə inqilabi yolla böyük çevriliş etmək olmaz, gərək işlər təkamül yolla görülsün. Amma bu gün Azərbaycanın ali təhsil sahəsində radikal addımlar atmağa böyük ehtiyac var. Əminəm ki, yeni nazir bu islahatları apara biləcək və təhsildə yeni islahatlar olacaq. Yeniliklər ali təhsil sahəsində hərbi xidmət məsələsi, ali məktəblərdə islahatların aparılması, xüsusilə təhsilin idarə edilməsində ortaya çıxan narahatçılıqların aradan qaldırılması, müəllimlərin tədrisə yanaşması, tələblərlə işin aparılması və digər məsələləri əhatə edəcək”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar