Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadıldı
29 Avqust 2013 Cümə Axşamı 18:25
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadıldı. Qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 3.4 faizinin təyin olunan vaxtadək qeydiyyatdan keçmədiyini (29 avqust 2013-cü il saat 17:00-dək) nəzərə alaraq qeydiyyatın son müddətinin 4 sentyabr saat 17:00-dək uzadılması barədə qərar qəbul edib. ANS PRESS Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, bu müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin də qeydiyyat müddəti 4 sentyabr 2013-cü il saat 17:00-da başa çatacaq və bu müddət uzadılmayacaq.

Xatırladaq ki, abituriyentlər qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.





DOSTLARINLA PAYLAŞ:

oyunlar