Təhsil

Ali təhsil müəssisələrinə qəbul olanlar üçün son şans

TQDK ali məktəbə qəbul olanların qeydiyyat vaxtını uzadıb.

· Xəbərçi
Ali təhsil müəssisələrinə qəbul olanlar üçün son şans
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanların qeydiyyat müddətinin uzadılması barədə qərar qəbul edib. Bu barədə ANS PRESS-ə Komissiyanın mətbuat xidmətindən məlumat verilib.

Belə ki, ali təhsil müəssisələrinə qəbul olanlar 20 avqust 2010-cu il saat 18:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək. ANSPRESS

Şərhlər