Ali məktəblərə qəbul sistemi yenilənə bilər
16 Fevral 2012 Cümə Axşamı 13:05
Şifahi imtahan olmasa, bir sıra peşələrə yiyələnməyə qadir olan insanları seçmək mümkün deyil.
“Azərbaycanda ali məktəblərə qəbul sistemi yenilənməlidir”. Trend-in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov “Gələcəyə baxış - Azərbaycan 2020 inkişaf konsepsiyası” çərçivəsində keçirilən “Milli təhsilin gələcəyi” adlı “dəyirmi masa”da bildirib.
“Test üsulunun çox böyük üstünlükləri var, lakin şifahi imtahan olmasa, bir sıra peşələrə yiyələnməyə qadir olan insanları seçmək mümkün deyil”, - Mərdanov deyib.
Nazir həmçinin qeyd edib ki, pedoqoji ixtisasları bitirən şəxslərin əlavə olaraq bir illik internatura keçməsi tətbiq olunacaq.
“Necə ki, Tibb Universitetinin tələbələri belə edirlər. Dünyada bu, tətbiq olunur. Ali məktəbi bitirən kimi məzunu məktəbdə dərs deməyə buraxmaq olmaz”, - nazir əlavə edib.
DOSTLARINLA PAYLAŞ: