Ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlanıb
16 Mart 2012 Cümə 12:42
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib.
Azərbaycanda növbəti tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, III qrup üzrə qəbul imtahanı iyulun 1-də, I qrup üzrə iyulun 8-də, IV qrup üzrə iyulun 14-də, II qrup üzrə isə iyulun 20-də keçiriləcək.

Ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar