Ali məktəblərə qəbul imtahanlarının tarixləri
05 İyun 2009 Cümə 11:20
Bu barədə bu gün TQDK-dan məlumat verilib

 

Bu gün Azərbaycanda ali məktəblərə tələbə qəbulu üzrə dövlət imtahanlarının tarixləri açıqlanıb. ANS PRESS-in məlumatına görə, bu barədə bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında keçirilən mətbuat konfransında məlumat verilib.

Beləliklə, III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 5-də, I ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 12-də, IV ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 18-də, II və V ixtisas qrupları üzrə qəbul imtahanı isə iyulun 24-də keçiriləcək.

Rus bölməsində təhsil alan abituriyentlər üçün  Azərbaycan dili üzrə imtahan isə iyunun 21-də keçiriləcək. 

Kəmalə Məmmədova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar