Ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb
05 Avqust 2009 Çərşənbə 15:15
Nəticələr TQDK-nın internet saytında yerləşdirilib

 

2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, cari ildə ayrılmış 29030 plan yerinə 27476 abituriyent qəbul olub. Qəbul planı 94,65 % dolub.

Nəticələr TQDK-nın internet saytında yerləşdirilib. Abituriyentlər həmin məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə bilərlər. Bunun üçün iş nömrələrini 7727 nömrəsinə göndərməlidirlər.
Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı «Abituriyent» jurnalının 6-cı sayında dərc olunacaq. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar