Ali məktəblərə ixtisas seçimi başa çatır
02 Avqust 2010 Bazar Ertəsi 10:50
2010-2011-ci tədris ili üzrə ali məktəblərə yerləşdirmə üçün ixtisas seçiminə sənəd qəbulu bu gün başa çatır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə APA-ya bildirib ki, ixtisas seçimi bu gün saat 24.00-dək davam edəcək. Bu gün saat 10.30-dək 31 894 abituriyent ixtisas seçimi üçün elektron ərizəsini təsdiqlədib, 1300-ə yaxın abituriyent isə hələ ərizəsini təsdiqlətməyib.

E. Nağızadə deyib ki, abituriyentlər ərizələrini İnternetdə təsdiqlətməlidirlər. Bunun üçün abituriyentlərin TQDK-ya gəlmələrinə ehtiyac yoxdur. İxtisas seçimi üçün ərizələrini təsdiqlətməyən abituriyentlərin ali məktəblərə yerləşdirilməsi mümkün olmayacaq.

TQDK ixtisas seçiminin nəticələrini avqustun 5-də elan edəcək. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar