Ali məktəblərə imtahansız qəbul olunacaq şəxslərin qeydiyyatı başlayır
27 May 2010 Cümə Axşamı 13:25
Dünya fənn olimpiadaları, beynəlxalq yarışların qalibləri nailiyyətləri təsdiq edən sənədlə TQDK-da qeydiyyatdan keçəcəklər.
Gələn həftədən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün sənəd qəbulu başlayır. Bununla bağlı, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün aşağıda göstərilən şəxslər müvafiq nailiyyətləri təsdiq edən sənədlərin əslini və surətini (1 nüsxə) təqdim etməklə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında və ya TQDK-nın Naxçıvan, Gəncə, Quba, Şəki və Lənkəran regional bölmələrində qeydiyyatdan keçməlidirlər:

1. idman sahəsində Olimpiya, Dünya və Avropa çempionatlarının (gənclər və yaşlılar arasında) qalibləri;
2. təhsil sahəsində dünya fənn olimpiadalarının qalibləri;
3. musiqi və incəsənət sahəsində dünya və beynəlxalq müsabiqələrin qalibləri.

Qeyd edək ki, sənəd qəbulu “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən aparılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar