Bu gündən 2012-2013-cü tədris ili üçün ali məktəblərə ərizə qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, ali məktəblərə sənəd qəbulu mayın 16-dək aparılacaq. Aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacaq. Bu proses mayın 18-də bitəcək. Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq.
Xatırladaq ki, ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək.
Ali məktəblərə ərizə qəbulu başlayır
Sənəd qəbulu mayın 16-na kimi davam edəcək




Şərhlər