Ali məktəblərə boş qalan 2087 yerə sənəd qəbulu üçün keçid balları açıqlanıb
05 Avqust 2011 Cümə 11:20
Bakı. Sevil Zeynalqızı – APA. Azərbaycanda 2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrində boş qalan yerlərə tələbə qəbulu müsabiqəsində 1-ci qrup üzrə ümumi balı 200-dən, 2 və 3-cü qrup üzrə ümumi balı 250-dən, 4-cü qrup üzrə isə ümumi balı 350 və daha çox olan abituriyentlər iştirak edə bilər.


APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

M. Abbaszadə ölkə üzrə 2087 boş yer qaldığını deyib. Plan yerləri isə 93,36 faiz dolub.

TQDK sədrinin sözlərinə görə, dövlət sifarişi əsasında ayrılan yerlərin ixtisas seçimində
1-ci ixtisas qrupu üzrə ümumi balı 300-dən, 2-ci qrup üzrə ümumi balı 400-dən, 3-cü ixtisas qrupu üzrə 350-dən az olmayan və hər bir imtahan fənni üzrə ayrılıqda toplanan nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilir.


Qeyd edək ki, bu gündən Azərbaycanda 2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrində boş qalan yerlərə tələbə qəbulu müsabiqədə iştirak etmək istəyənlərin ixtisas seçiminə başlanıb. İxtisas seçimi avqustun 9-dək davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar