Ali məktəbə qəbul imtahanlarında şagird 700 bal toplayıb
18 İyul 2012 Çərşənbə 12:34
İmtahanda ikinci ən yüksək nəticəni 695 balla Cəlilabad rayon Xəlilli kənd orta məktəbinin şagirdi göstərib.
Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 1 nəfər 700 bal toplayıb.

Bunu APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bu, Bakının 74 nömrəli məktəbinin şagirdidir. İmtahanda ikinci ən yüksək nəticəni 695 balla Cəlilabad rayon Xəlilli kənd orta məktəbinin şagirdi göstərib. Ümumilkdə III ixtisas qrupu üzrə 337 nəfər 600-dən yuxarı bal toplayıb.

Qeyd edək ki, iyulun 14-də keçirilən imtahanın nəticələrinə əsasən, 9038 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar