Ali mektebe qebul imtahanları başlayır
23 İyun 2013 Bazar 09:30
Ali mektebe qebul olmaq isteyen rus bölmesinin abituriyentleri Azerbaycan dilinden imtahan verirler.
Bu gün Azərbaycanda 2013/2014-cü tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən rus bölməsinin abituriyentləri Azərbaycan dilindən test imtahanı verirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) ANS PRESS-ə verilən məlumata görə, bu imtahanda mayın 19-da keçirilən birinci imtahandan "qeyri-məqbul" qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər iştirak edirlər.

İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticələrinə təsir göstərmir.

İmtahanın nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanın nəticələri yaxın günlərdə TQDK-nın saytında yerləşdiriləcək.

Qeyd edək ki, Azərbaycan dili fənni üzrə imtahandan "məqbul" qiyməti ala bilməyən rus bölməsinin abituriyentləri ali məktəbə qəbul imtahanlarında iştirak edə bilməzlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar