Ali məktəb diplomlarında dəyişikliklər ediləcək
12 Fevral 2013 Çərşənbə Axşamı 15:58
Dəyişikliklər həm özəl, həm də dövlət ali təhsil müəssisələrini bitirən məzunların diplomlarına şamil olunacaq
Azərbaycanda ali məktəblərin bakalavr və magistr diplomlarında dəyişikliklər ediləcək. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin xüsusi şöbəsinin müdiri Leyla İmaməliyeva məlumat verib.

O bildirib ki, bu dəyişikliklər həm özəl, həm də dövlət ali təhsil müəssisələrini bitirən məzunların diplomlarına şamil olunacaq. Şöbə müdirinin sözlərinə görə, iki gündən sonra nazirliyin ali və orta ixtisas təhsili şöbəsi tərəfindən məzunların sayı xüsusi şöbəyə təqdim olunacaq və buna uyğun olaraq sifarişlər veriləcək: “Diplomlar köklü şəkildə dəyişilməyəcək. Sadəcə Bolonya prosesinə keçidlə əlaqədar müəyyən dəyişikliklər ediləcək. Məsələn, əgər əvvəllər diplomlarda rəqəmlər yazılırdısa, indi onlar hərflərlə işarə oluna bilər. Diplomlarda müəyyən dəyişiklərin edilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil Nazirliyi tərəfindən bu dəyişikliklər ediləcək. Bu məsələdə həll ediləsi bəzi xırda məqamlar var. Onlar da öz həllini tapandan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar