Ali Hərbi məktəblərə kursant qəbulu elan edilib
18 İyul 2014 Cümə 12:57
Azərbaycan Respublikasının Ali Hərbi məktəblərinə kursant qəbulu elan edilib.
Azərbaycan Respublikasının Ali Hərbi məktəblərinə kursant qəbulu elan edilib.

ANS PRESS-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadla verdiyi məlumata görə, müsabiqədə 2014-cü ildə mülki ali məktəblərin I və II ixtisas qrupları üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Ali Hərbi məktəblərinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana ilə təmin olunur, ayda 100 AZN məbləğində təqaüd alırlar.

Təhsil müddətində fərqlənən kursantlar aylıq məvacibdən əlavə fərdi təqaüdlə də təmin olunurlar. Azərbaycan Ali Hərbi məktəblərini bitirən məzunlara hərbi ixtisaslarla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 21-dən 30-dək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə müraciət edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar