Aksiyalarla bağlı BDU tələbələri ilə görüş keçirilib
15 Mart 2014 Şənbə 15:51
İmtahanların keçirilməsi ilə bağlı Bakı Dövlət Universitetinin bu sahəyə cavabdeh olan dekan və prorektorları Təhsil Nazirliyinə dəvət olunublar.
Bakı Dövlət Universiteti tələbələrinin etirazları ilə bağlı bu ali məktəbin dekan və prorektorları Təhsil Nazirliyinə dəvət olunublar.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. C. Bayramov bildirib ki, aksiyalarla bağlı Bakı Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib: “Tədris proqramlarında yükün ağır olması, imtahanların keçirilməsi ilə bağlı Bakı Dövlət Universitetinin bu sahəyə cavabdeh olan dekan və prorektorları Təhsil Nazirliyinə dəvət olunublar”.

Nazir müavini, universitetlərdə keçirilən imtahanların təşkilində şəffaflığın tam təmin olunacağını da vurğulayıb: “Bu qış imtahan sessiyası zaman Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə korrupsiya halları ilə bağlı bir çox müraciət daxil olub, onlar nəzarət şöbəsi və universitetlər tərəfindən araşdırılır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar