ADU-nun dekanı Harvardın “Ən çox inkişaf edən məzun”u oldu
01 Noyabr 2011 Çərşənbə Axşamı 10:40
Əfqan Abdullayev Harvard Universitetində idarəetmə üzrə təhsil alıb.
Azərbaycan Dillər Universitetinin 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayevin adı Harvard Universitetinin Dövlət İdarəçiliyi Fakultəsinin Xəzər Araşdırmalar mərkəzinin “Ən çox inkişaf edən məzun” adlı universitet lövhəsində yazılacaq. ADU-nun mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, bu barədə Harvard Universitetinin Dövlət İdarəçiliyi Fakultəsinin Xəzər Araşdırmalar mərkəzinin 19 oktyabr 2011-ci il tarixli məktubunda bildirilib.
Azərbaycan Dillər Universitetinin 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev 2002-ci ildə Penzoil və ExonMobile firmalarının maliyyə dəstəyi ilə Harvard Universitetində idarəetmə üzrə təhsil alıb.
DOSTLARINLA PAYLAŞ: