Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri, AŞ PA-nın vitse-prezidenti, millət vəkili, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov Hindistanın ölkəmizdəki səfiri Debnad Şou ilə görüşüb.
ADU-nun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Hindistanla Azərbaycan arasındakı əlaqələr, hər iki ölkənin təhsil sistemləri, universitetlər arasındakı əlaqələr, qarşılıqlı müəllim-tələbə mübadiləsi və digər мəsələlərlə bağlı müzakirələr aparılıb.
Səməd Seyidov ADU-nun nəzdində fəaliyyət göstərən – Amerika, İtaliya, Skandinaviya, İsrail və digər ölkələri təmsil edən mərkəzlər barədə qonağa məlumat verib. Rektor ADU-da hind dili öyrənmək üçün güclü potensial olduğunu da səfirin diqqətinə çatdırıb: “Biz hind dili mütəxəssislərini Universitetimizdə görməyə və ya öz mütəxəssislərimizi də Hindistana göndərməyə şad olardıq. Hindistan bizim ölkəmizə çox yaxındır. Ona görə də hind dili Мərkəzinin və ya hind dili kurslarının ADU-da açılması Universitetlərarası əlaqələrin genişlənməsinə böyük təhvə verəcək”.
Hindistanın ölkəmizdəki səfiri isə qeyd edib ki, hər iki tərəfin, həm Azərbaycan, həm də Hindistan tərəfinin tələbə-müəllim mübadilə proqramlarına ehtiyacı var.
ADU-nun rektoru, professor S.Seyidov ADU-nun tələbələr arasında dəyirmi masa, müsabiqə və digər tədqiqat işlərinin aparılması üçün hər bir imkanın olduğunu bildirib. /ANS PRESS/