ABU qapısında qəribə elan
13 Sentyabr 2010 Bazar Ertəsi 14:45
Universitet sentyabrın 15-dən dərslərin başlandığını bəyan edir.
Bu gün Azərbaycan Beynəlxalq Universitetinin giriş qapısından qəribə elan aslılıb. Artıq fəaliyyəti dayandırılan universitetin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsinin tələbəsi Əli Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, səhər universitetin qapısından “Tələbələrin nəzərinə, sentyabrın 15-də saat 9:00-dan dərslər başlanır” mətnində elan asılıb.

“Bu gün biz universitetin korpusunun qapısından dərslərin sentyabrın 15-dən başlanmasını bəyan edən elanların asıldığını görəndə təəcübləndik. İndi biz kimə inanaq, nazirliyə, yoxsa universitetə? Fakultə dekanları da dərslərin başlandığını bildirir”, - deyə tələbə vurğuladı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar