ABU-da daha bir saxtakarlıq üzə çıxdı
13 İyul 2013 Şənbə 12:36
Universitetin verdiyi saxta diplom ifşa olunub
Azərbaycan Beynəlxalq Universitetində daha bir saxtakarlığın üstü açılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini Rüfət Quliyevdən Azərbaycan Beynəlxalq Universitetini bitirməsi barədə saxta diplom tapılıb. Polis diplomu müsadirə edib.

Qeyd edək ki, əməliyyat Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar