Abituriyentlərin nəzərinə!
15 Aprel 2013 Bazar Ertəsi 10:03
Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin ərizələri təsdiq etməyə başlaya bilərlər.
Bu gündən Azərbaycanda 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər öz ərizələrini təsdiq etdirməlidirlər.

Ərizələrin təsdiqi prosesi mayın 17-dək davam edəcək. Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə elektron ərizələri doldurur və tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir.
Ali və orta ixitsas müəssisələrinə qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı 1-20 may aralığında baş tutacaq.

Qeyd edək ki, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin ərizə qəbulu aprelin 9-dan başlayıb. Ərizə qəbulu mayın 15-dək davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar