Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin göstərdiyi nəticələr getdikcə pisləşir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS-ə verilən məlumata görə, bu ilki imtahanlarda abituriyentlərin cəmi 6, 5 faizi 500 baldan 700 bala qədər nəticə göstərib. Halbuki abituriyentlərin 33,8 faizi, başqa sözlə təxminən 1/3 100 balı keçə bilməyib.
Komissiyanın mətbuat katibi Elnur Nağızadənin sözlərinə görə, hər il olduğu kimi bu il də qəbul imtahanlarında abituriyentlərə təqdim olunmuş suallar orta məktəb proqramını tam əhatə edib. O sualların getdikcə çətinləşdirilməsi barədə söz-söhbətləri də əsasız adlandırıb.
Xatırladaq ki, I qrupda 8718 plan yerinə 9135, II qrupda üzrə 7331 yerə 7695, III qrupda üzrə 9526 yerə 10595, IV qrupda isə 3455 yerə 3785 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.
İmtahanların nəticələrindən razı qalmayan TQDK I və III qrup üzrə keçid ballarını azaldıb. /ANS PRESS/