Abituriyentlərə əlavə vaxt verildi
02 Avqust 2010 Bazar Ertəsi 18:30
İxtisas seçim hüququ olan 700 abuturiyent hələ də sənədlərini təsdiq etməyib.
Bu gün abituriyentlərin ixtisas seçiminin son günü idi. Lakin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ixtisas seçimi vaxtını sabah saat 14:00-a qədər uzadıb. Bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ANS PRESS-ə açıqlamasında bildirib. Bu gün saat 18:00-a qədər ümumilikdə 32164 abuturiyent ixtisas seçimində sənədlərini təsdiqləyib. Onlardan 27699 nəfər Azərbaycan bölməsi, 4465 nəfər isə rus bölməsi üzrə ixtisas seçib.

İxtisas seçiminin vaxtının uzadılmasının səbəbi hələ də ixtisas seçim hüququ olan 700 abuturiyentin sənədlərini təsdiq etməməsidir. Qeyd edək ki, TQDK nəticələri rəsmi olaraq avqustun 5-də açıqlayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar