Abituriyentler, telesin!
17 May 2013 Cümə 10:39
Qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu bu gün başa çatır.
Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu bu gün başa çatır.

ANS PRESS-in məlumatına görə, abituriyentlər nəzərdə tutulan vaxta qədər abituriyentin “Elektron ərizə” si doldurmalı, mütləq təsdiq olunmalıdır. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Bu günə olan məlumata görə. 99 559 abituriyent “Elektron ərizə“sini dolduraraq təsdiq etdirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar