114847 abituriyent sənəd verib
01 İyun 2010 Çərşənbə Axşamı 17:50
Abitriyentlərin 5884 nəfəri oğlan, 58390 nəfəri isə qızdır.
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən ilkin məlumatlara əsasən, Sənəd Qəbulu Komissiyalarında 114847 abituriyent “Elektron ərizə”sini təsdiq etdirib. Qeyd edək ki, ötən il bu rəqəm 116520 idi.

I ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 36221 abituriyent, II ixtisas qrupu üzrə 25354, III ixtisas qrupu üzrə 36116, IV ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 16583 abituriyent “Elektron ərizə” sini təsdiq etdirib.

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən 7574 abituriyent Qabiliyyət İmtahan Komissiyalarında qeydiyyatdan keçib.

Qəbul imtahanlarında iştirak etmək arzusunda olan abituriyentlərdən 55884 nəfəri oğlan, 58390 nəfəri isə qızlardır. Onlardan 102211 nəfəri Azərbaycan bölməsinə, 12063 nəfəri isə rus bölməsinə sənəd verib.

Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat:
Bolmə - I qrup - II qrup - III qrup - IV qrup - Cəmi
Azərbaycan - 33350 - 24938 - 29907 - 14561 - 102756
Rus - 3406 - 3723 - 3509 - 1453 - 12091
Cəmi - 36756 - 28661 - 33416 - 16014 - 114847


ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar