103497 abituriyent qəbul imtahanında iştirak edə bilər
25 May 2012 Cümə 15:44
16319 nəfər Qabiliyyət İmtahan Komissiyalarında qeydiyyatdan keçib.
2012/2013-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ərizə qəbulu ilə bağlı ilkin təhlillər göstərir ki, Sənəd Qəbulu Komissiyalarında 103497 abituriyent “Elektron ərizə”sini təsdiq etdirib.

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərdən 16319 nəfəri Qabiliyyət İmtahan Komissiyalarında qeydiyyatdan keçiblər. I ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 31324 Azərbaycan bölməsinin, 3335 rus bölməsinin abituriyenti (cəmi 34659),II ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 20396 Azərbaycan bölməsinin, 2946 rus bölməsinin abituriyenti (cəmi 23342), III ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 28622 Azərbaycan bölməsinin, 3039 rus bölməsinin abituriyenti (cəmi 31661), IV ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 12627 Azərbaycan bölməsinin, 1208 rus bölməsinin abituriyenti (cəmi 13835) “Elektron ərizə”sini təsdiq etdirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar