“Abituriyent” jurnalının onlayn satış sistemi istifadəyə verilib
12 İyun 2010 Şənbə 06:05
“Abituriyent” jurnalının onlayn satış sistemi istifadəyə verilib. Jurnalın internet saytı da fəaliyyət göstərir.
“Abituriyent” jurnalının onlayn satış sistemi istifadəyə verilib. Bu barədə məlumat, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi internet saytında yayılıb. Bu sistem vasitəsilə jurnalın bütün nömrələrini və xüsusi buraxılışlarını - test kitabçaları, metodiki vəsaitlər və statistik materialları əldə etmək mümkündür. Bunun üçün istifadəçi onlayn rejimdə jurnalın almaq istədiyi buraxılışını seçib, elektron kart vasitəsilə ödəniş edə bilər. Bundan sonra həmin buraxılış poçt vasitəsilə alıcının ünvanına çatdırılacaq.

Jurnalın internet saytı da fəaliyyət göstərir. İnternet səhifəsində jurnalın bütün buraxılışları, tədris və metodiki vəsaitlər, nəşrlər barədə müntəzəm məlumat almaq mümkündür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar