Təhsil

22 529 abituriyent ixtisas seçib

Bu, qəbul imtahanlarının nəticələrinə əsasən həyata keçirilib.

· Xəbərçi
22 529 abituriyent ixtisas seçib
2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən abituriyentlər 2011-ci il iyulun 22-dən avqustun 2-dək internet vasitəsilə ixtisas seçimi aparırlar.
ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu barədə məlumat verib.

Onun sözlərinə görə, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər. 29 iyul saat 10:00-dək həmin abituriyentlərdən 22529 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib. ANSPRESS




Şərhlər