Abituriyent ərizələrinin təsdiqlənməsinə başlanır
27 Aprel 2011 Çərşənbə 10:38
Ərizələrin təsdiqi üçün mayın 31-dək vaxt verilib.
Bu gündən ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər sənədlərini müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməyə başlamalıdırlar. Ərizələrin təsdiqi üçün vaxt mayın 31-də başa çatacaq. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.

Qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı da bu gündən başlayır. Abituriyentlər qeydiyyata alınmaq üçün müvafiq Qabiliyyət İmtahanı Komissiyasına tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməlidirlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanı tarixləri belədir:

III qrup -3 iyul
I qrup - 10 iyul
IV qrup - 16 iyul
II qrup -22 iyul
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar