Abel Meherremov rektorlara müraciet edib
19 Dekabr 2013 Cümə Axşamı 13:38
Bakı Dövlet Universitetinin rektoru Abel Meherremov Milli Meclisde temsil olunan ali mekteb rektorlarına müraciet edib..
APA-nın xeberine göre, universitet rektoru Abel Meherremov doktorantların ve genc tedqiqatçıların XVIII respublika elmi konfransında çıxışı zamanı deyib ki, millet vekilleri doktoranturada ve magistraturada tehsil alan oğlanların herbi xidmetden azad olunması ile bağlı meseleni Milli Meclis qarşısında mütemadi olaraq qaldırmalıdırlar.

Onun sözlerine göre, oğlanların herbi xidmete aparılması neticesinde bu gün elme gelenlerin böyük ekseriyyetini qızlar teşkil edir: “Bu gün konfransın proqramına nezer salanda da gördüm ki, 70 faiz meruzeler yene qızlar terefinden olacaq. Men etiraz etmirem, qoy elmi qızlar davam etdirsin. Amma bele olmaz, elmde oğlanlar da olmalıdır. Bunlara fikir vermek lazımdır”.

Abel Meherremov qeyd edib ki, eger XXI esr elm ve tehsil esri adlandırılırsa, ölkede elm inkişaf etdirmek lazımdır. Bu meselede en çox mesuliyyetin genclerin üzerine düşdüyünü deyen rektor bildirib ki, ilk növbede yaşlı nesil terefinden estafeti nece verilmesi, diger terefden ise onun gencler terefinden nece qebul edilerek inkişaf etdirilmesi barede düşünmek lazımdır: “Bu gün ölkede elme münasibet çox yaxşıdır ve bundan istifade etmek lazımdır. Maddi-texniki baza güclendirilmeli, universitetler ilk növbede elmi merkez, sonra tedris müessisesi olmalıdır. Yuxarı kurslarda tehsil alan telebeler tedris laboratoriyasından çıxan kimi işlerini elmi laboratoriyalarda davam etdirmelidirler”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar