Son günlər bəzi kütləvi informasiya vasitələri tərəfindən buraxılış imtahanı keçiriləcək fənnlərin sayının artırılacağı ilə bağlı yanlış məlumatlar yayılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissyası bu barədə informasiyalara aydınlıq gətirib. TQDK-dan verilən məlumata görə, Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 30) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyası"nın 2.3-cü bəndində edilmiş dəyişiklikləri bəzi informasiya agentlikləri düzgün şərh etməyiblər.
Odur ki, bu məlumatların heç bir əsası yoxdur.
9 və 11-ci sinifdə oxuyanların nəzərinə!
Buraxılış imtahanı keçiriləcək fənnlərin sayının artırılacağı ilə bağlı yanlış məlumatlar yayılıb.




Şərhlər