768 nəfər imtahana buraxılmayacaq
24 İyul 2012 Çərşənbə Axşamı 17:31
Ali məktəblərin IV və II ixtisas qrupu üzrə qəbul imtahanlarına buraxılmayacaq abituriyentlərin sayı açıqlanıb.
Azərbaycanda ali məktəblərin IV və II ixtisas qrupu üzrə qəbul imtahanlarına buraxılmayacaq abituriyentlərin sayı açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, iyulun 27-də keçiriləcək IV ixtisas qrupunun imtahanlarında iştirak etməli olan 288 abituriyent imtahana buraxılmayacaq: “Bu qrup üzrə sənəd verən abituriyentlərin arasında orta məktəblərdəki buraxılış imtahanlarından kəsilən olmayıb. 288 nəfər isə rus bölməsi üzrə Azərbaycan dili imtahanından kəsilib. Beləliklə də, IV ixtisas qrupu üzrə sənəd verən 13827 abituriyentdən imtahanlarda ancaq 13539 nəfəri iştirak edəcək”.
Avqustun 3-də keçiriləcək II ixtisas qrupununun imtahnlarına isə 480 nəfər buraxılmayacaq: “Bu qrup üzrə 23346 nəfər sənəd verib. Onlardan 233 nəfəri buraxılış imtahanlarından, 247 nəfəri isə rus bölməsi üzrə Azərbaycan dili imtahanından kəsilib. Bununla da II qrup üzrə sənəd verən 23346 abituriyentdən imtahanlarda 22866 nəfəri iştirak edəcək”.
DOSTLARINLA PAYLAŞ: