74 yaşlı kişi universitetə iş verib
13 İyul 2013 Şənbə 22:26
İnşaatçı-texnik indi hüquqşünas olmaq istəyir.
Rusiyanın Kemerovo vilayətinin 74 yaşlı sakini Arkadi Erski Kemerovo dövlət universitetinin ən yaşlı abiturientidir. ANS PRESS bu barədə «Qolos Rossii» radiosuna istinadən bildirir.
«Mən bildiyim müddət ərzində bu, universitetə daxil olmağa çalışan ən yaşlı abiturientdir. Yaşı 50, hətta 60 olan abiturientlər də olub, amma bu özünə məxsus rekorddur. Arkadi Erski «hüquq» ixtisasının qiyabi şöbəsinə ərizə verib», - deyə institutun qəbul komissiyasından bildiriblər.
Yaşlı abiturientin orta ixtisas təhsili var və o, inşaatçı-texnikdir. Onun hüquqi təhsilə ehtiyacı isə ştatdankənar müxbir işləməsi səbəbindən yaranıb. Çünki o, oxucuların hüquqi təhsil tələb edən sualları ilə tez-tez rastlaşır.
DOSTLARINLA PAYLAŞ: