72 yaşlı abituriyent imtahan verəcək
01 İyul 2011 Cümə 11:43
III qrup üzrə ali təhsil almaq istəyənlərin əksəriyyəti qızlardır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 3-də 2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə üçüncü ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə və Sumqayıt olmaqla, 4 şəhərdə keçiriləcək. Orta ümumtəhsil məktəblərindən 2500 nəzarətçi müəllimin iştirak edəcəyi imtahana 247 imtahan rəhbəri cəlb ediləcək. Bu il III qrup üzrə 32869 abituriyent ərizə təqdim edib. Bu qrup üzrə sənəd verən abituriyentlərin 29529 nəfər Azərbaycan bölməsinin, 3340 nəfəri isə Rus bölməsinin məzunudur.

Abituriyentlərin 9270 nəfəri oğlan, 23599 nəfəri isə qızdır.
17538 nəfər orta ümumtəhsil məktəblərin bu ilki məzunudur. 13158 nəfəri isə məktəbi əvvəlki illərdə bitirən abituriyentlərdir. III qrup üzrə təhsil almaq istəyən 149 nəfər xarici ölkələrin vətəndaşıdır. 198 nəfər isə ali təhsillidir.

1971 abituriyent orta ixtisas təhsil müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1939-cu ildə, ən gənc abituriyent isə 1996-cı ildə anadan olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar