643 nefer magistratura tehsili almaq hüququ qazanıb
28 Avqust 2013 Çərşənbə 17:48
Magistraturanın boş qalan plan yerlerine qebul olmaq üçün 1539 bakalavr müraciet edib.
Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə daxil olan bakalavrların qeydiyyatı başa çatıb. ANS PRESS-in
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, magistraturalarının boş qalan plan yerlərinə qəbul olunanlar 643 nəfər bakalavrın 416-ı sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçiblər.

Qeydiyyat avqustun 19-dan 28-dək aparılıb. Bu müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 1539 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 643 nəfəri magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar