44 telebeye verilen prezident teqaüdü dayandırılıb
31 Avqust 2013 Şənbə 12:25
Telebeler tehsilde müveffeqiyyetsizlik sebeblerinden prezident teqaüdünden mehrum olublar.
Ötən il prezident təqaüdünə layiq görülənlərdən hazırda yalnız 58 tələbə təqaüdü almaqda davam edir. Təhsil Nazirliyindən "modern.az" saytının sorğusuna cavab olaraq bildirilib ki, qalan 44 tələbə isə təhsillərini xaricdə davam etdirmək və təhsildə müvəffəqiyyətsizlik səbəblərindən prezident təqaüdündən məhrum olublar.
2012-2013-cü tədris ilində Azərbaycan Respublikasının 8 ali təhsil müəssisəsi üzrə 103 tələbə prezident təqaüdünə layiq görülüb. həmin təhsil müəssisələri Bakı Dövlət, İqtisad, Qafqaz, Tibb universitetləri, Neft Akademiyası, Diplomatik Akademiya, Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Ali Neft Məktəbidir.
Hazırda prezident təqaüdü alan hər bir tələbəyə ayda 150 manat pul verilir.
DOSTLARINLA PAYLAŞ: