4396 nəfər magistr oldu
30 İyun 2011 Cümə Axşamı 10:17
Magistrlart iyulun 5-dən 15-dək qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
2011/2012-ci tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul olanların siyahısını açıqlanıb. Siayahı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdiririlib. Bu il ilk dəfə olaraq imtahanın ikinci mərhələsində iştirak etmiş bakalavrların cavab kartlarının qrafik təsviri komissiyanın internet saytında yerləşdirilib. Qəbul olunanların siyahısı iyunun 30-da “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Qeyd edək ki, imtahanın ikinci mərhələsi iyunun 26-da keçeirilib. İmtahanda iştirakı nəzərdə tutulan 7863 bakalavrdan 254 nəfəri imtahana gəlməyib. İki mərhələ üzrə müsabiqənin nəticələrinə əsasən 4396 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3050 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1346 nəfəri isə əvvəlki illərin məzunudur.
Qəbul olanların 2112 nəfərini oğlanlar, 2284 nəfərini isə qızlar təşkil edir.

Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar iyulun 5-dən 15-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.
Magistraturaya qəbul imtahanlarının II mərhələsində istifadə edilmiş test tapşırıqlarının məzmunu ilə bağlı müraciətlərə TQDK-da iyunun 30-da və iyulun 1-də baxılacaq. Qəbulun nəticələrinə dair müraciətlərə isə Apelyasiya Komissiyasında iyulun 26-dan 28-dək baxılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar