Parlaq Zəka intellekt şousunun növbəti mövsümü qalibləri 40 min manatlıq təhsil qazana biləcəklər.
“Parlaq Zəka” intellekt şousu artıq finala bir addım daha yaxındır.
ANS PRESS-in məlumatına görə, finala yaxınlaşdıqca iddiaçılar arasında mübarizə gərginləşir. Artıq bunu efir zamanı zəkaların suala cavab verən anda olan emosiyaları hiss və həyəcanlarından bunu görmək olar.
“Parlaq Zəka” intellekt şousunun may ayından etibarən 1/4 final mərhələlərinin verilişləri yayımlanacaq. “Qadın siyasətçilər”, “Hacıbəyovlar”, “Avstraliya, “Makedoniyalı İsgəndər”, “ABŞ Prezidentləri”, “Azərbaycanda Teatr” kimi maraqlı mövzular oynanılacaq. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevin sözlərinə görə 1/4 final görüşləri mövzulara uyğun olan tərtibatla daha da maraqlı olacaq. “Verilişin hazırlanmasında hər bir detal bizim üçün önəmlidir. İnanırıq ki, tərtibat və qonaqlarımızla maraqlı söhbətlər tamaşaçıların veriliş haqda olan təəsüratlarına daha da rəng qatır. Biz həm də bununla hər buraxılışımızın özünəməxsusuluğunu saxlamaq və xüsusiliyini önə çıxartma istəyirik”.
Synergy Group-un sponsorluğu, Şəmkirdə yerləşən Zəka intellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyilə yayımlanan “Parlaq Zəka” intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.
Onu da əlavə edək ki, may ayının 25-də Azərbaycan Universitetində “Parlaq Zəkanın” ikinci mövsümü ilə bağlı yazılı seçim keçiriləcək. Seçimə bakalavr pilləsində təhsil alan bütün tələbələr qoşula bilər. Əlavə məlumat əldə etmək üçün Facebook – Parlaq Zəka səhifəsinə müraciət etmək olar.