Təhsil

40 abituriyentin nəticəsi ləğv edildi

Abituriyentlər imtahana mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə yol veriblər.

· Xəbərçi
40 abituriyentin nəticəsi ləğv edildi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 21-də keçirdiyi I ixtisas qrupu üzrə qəbul imtahanında müxtəlif binalarda 40 abituriyent müxtəlif qayda pozuntularına yol verib.

TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə yol verdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində 69 imtahan mərkəzində aparılıb.

İmtahan bütün binalarda saat 11:00-da başlamış və 3 saat ərzində aparılıb.

Şərhlər