25 min manata "ali məktəbə düzəldən" şəxs saxlanılıb
29 Sentyabr 2010 Çərşənbə 14:15
Hadisə Xaçmaz rayonunda baş verib.
Xaçmazda "ali məktəbə düzəltmək" adı ilə külli miqdarda pul mənimsəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, cari ilin iyul ayında Xaçmaz şəhər sakini Xanlar Nəsirov Qusar rayon sakini Rubət Xanəhmədovun etimadını qazanaraq qızını ali məktəbə qəbul etdirəcəyi adı ilə ondan 25.000 manat pul alıb.

Faktla bağlı Xaçmaz rayon polis şöbəsi tərəfindən araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar