2 alan mezunlarla bağlı açıqlama
25 İyul 2013 Cümə Axşamı 14:56
2 alan mezunlar üçün tekrar imtahan keçirilmeyecek.
Ötən illərdə buraxılış imtahanından “2” alan və ya müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyən məzunlar üçün təkrar imtahan keçirilməyəcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bununla əlaqədar rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) müraciət olunmalıdır. Təhsil şöbəsi şagirdin X və XI siniflərdə fənlər üzrə illik qiymətləri, buraxılış imtahanında aldığı qiymətlər haqqında məlumatı rəsmi qaydada TQDK-ya təqdim edəcək və TQDK-nın müəyyən etdiyi yekun qiymətlər əsasında məzuna attestat veriləcək.

Digər suallar da cavablandırılan zaman qeyd olunub ki, ali məktəblərin pedaqoji ixtisaslarını qiyabi bitirmiş şəxslərin müsabiqədə iştirak edərək müəllim işləməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Təhsil alma formasından asılı olmayaraq bakalavr dərəcəsi olan şəxslər ümumtəhsil, texniki-peşə və orta ixtisas təhsili müəssisələrində işləyə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar