1825 nəfər azərbaycanlı gənc xaricdə təhsil alıb
23 İyul 2013 Çərşənbə Axşamı 16:04
Təhsil Nazirliyi açıqlama yayıb.
2012-2013-cü tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə 1825 nəfər azərbaycanlı gənc təhsil alıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin tədris ilində 607 nəfər azərbaycanlı xarici ölkələrin ali məktəblərinə daxil olub.
2011-2012-ci təsdris ilində xaricdə 1218 nəfər azərbaycanlı gənc təhsil alıb. 435 nəfər azərbaycanlı isə xarici ölkələrin ali məktəblərinə daxil olub.
2009-2010-cu tədris ilində xarici ölkələrin ali məktəblərinə daxil olanların sayı 275, ümumilikdə təhsil alanların sayı 783 nəfər idi.

2008-2009-cu tədris ilində xarici ölkələrin ali məktəblərində təhsil alanların sayı 200, qəbul olanların sayı isə 134 nəfər olub.
Proqramın həyata keçirildiyi ilk tədris ilində xarici ölkələrin ali məktəblərinə 66 nəfər daxil olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar