17 min müəllim işdən kənarlaşdırıla bilər
03 Sentyabr 2011 Şənbə 15:43
Misir Mərdanov 65 yaşlı müəllimlərin işdən çıxarılması prosesinə təmkinlə yanaşmağın vacib olduğunu deyib
"65 yaşlı müəllimlərin işdən çıxarılması kadr problemi yaradarsa, bu proses müvəqqəti olaraq dayandırılacaq". Bunu Bakıda təşkil olunan təhsil işçilərinin respublika konfransında təhsil naziri Misir Mərdanov deyib. Nazir prosesə təmkinlə yanaşmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, təxminən 17 minə yaxın adam bu halla qarşılaşacaq.

“Əlbəttə biz bunu bir günün içində həll etmək fikrində deyilik. Zamanı gəldikcə bu məsələni həll edəcəyik. Bu addım ona görə atılır ki, ölkədə təhsilin keyfiyyəti yaxşılaşsın, təhsilə yeni nəfəs, gənc müəllimlər gəlsin. O baxımdan mən güman edirəm ki, biz ağılla bu məsələnin həllinə getməliyik. Yoxsa birdən birə, ani olaraq hər kəsi işdən çıxarmaqla bir şey qazana bilmərik”, deyə təhsil naziri vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar