15 şagirdin imtahan nəticəsi ləğv edilib
14 İyun 2012 Cümə Axşamı 17:04
Ötən gün regionda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də keçirdiyi buraxılış imtahanlarında 15 şagirdi müxtəlif qayda pozuntularına yol verdikləri, imtahanın gedişinə mane olduqları və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edib və nəticələrini ləğv edib.

ANS PRESS-in qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilib.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin normal qaydada imtahan vermələri üçün hər cür şərait yaradılıb. Bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb və qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar. Hazırda komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar