10 şagirdin imtahan neticesi leğv edildi
20 May 2013 Bazar Ertəsi 13:40
Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-ci il mayın 19-da rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.
TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən müxtəlif binalarda 10 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və sual kitabçalarını dəyişdikləri üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: