10 məktəbin direktoru işdən çıxarıldı
10 Mart 2010 Çərşənbə 10:15
Bakıda 10 məktəbin direktoru işdən çıxarıldı, 5 məktəb direktoruna isə töhmət verilib.
Bakı şəhərində 10 məktəbin direktoru vəzifəsindən azad edilib. Təhsil Nazirliyindən veriən məlumata görə, bu ilin ilk iki ayı ərzində nazirliyin “Qaynar xətt”inə edilən bütün müraciətlər ciddi araşdırılıb və direktorlar aparılmış ümumi monitorinqlər nəticəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıb. Daha 5 ümumtəhsil məktəbinin direktoruna isə töhmət verilib.

Direktorları işdən azad edilən məktəblər : 37, 228, 192, 141, 110, 321, 208, 26, 79 və 61 nömrəli;
Direktorları töhmət alan məktəblər: 38, 151, 139, 94 və 270 nömrəlidirlər.

Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində “qaynar xətt”ə 143 müraciət daxil olub. Təhsil Nazirliyinin “Qaynar xətt” telefonları aşağıdakı kimidir:

496-34-82; 496-37-61; e-mail ünvanı: [email protected] ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar