WHO: "Donuz qripi təhlükəsi sovuşdu"
10 Avqust 2010 Çərşənbə Axşamı 21:55
Donuz qripi virusu "kütləvi yayılmadan sonra"kı mərhələyə keçib.
Dünya Səhiyyə Təşkilatı (WHO) bütün dünyanı öz təsiri altına almış donuz qripi xəstəliyi ilə bağlı təhlükənin sona çatması barədə məlumat yayıb. Təşkilatın rəhbəri Marqaret Çan mətbuata açıqlamasında xəstəliyin dünyada artıq normal yayılma səviyyəsinə düşdüyünü və “kütləvi yayılmadan sonra” adlandırılan mərhələyə keçdiyini bildirib.
H1N1 peyvəndinin virusa qarşı hələ ki, ən effektiv vasitə olduğunu bildirən Çan xəstəliyin risk qrupuna daxil olan insanların qorunmaq üçün peyvənd etdirməli olduqlarını da vurğulayıb.
Kütləvi yayılmanın başa çatmasında baxmayaraq, WHO rəhbəri xəstəliyin zaman keçdikcə yenidən ortaya çıxa biləcəyini də qeyd edib.
Dünya Səhiyyə Təşkilatının ötən həftə yayılan açıqlamasında isə virusun yayılmağa başladığı 2009-cu ilin aprel ayından bəri bütün dünyada ən azı 318 849 nəfərin bu xəstəlikdən dünyasını dəyişdiyi qeyd olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: