Bal “paxmel”in dərmanıdır
27 Dekabr 2010 Bazar Ertəsi 11:10
Böyük Britaniya Kral Kimya Cəmiyyəti yeni təcrübə aparıb
Böyük Britaniya Kral Kimya Cəmiyyətinin apardığı araşdırmalar nəticəsində balın xüsusiyyətləri haqda yeni faktlar üzə çıxıb. Kral Kimya Cəmiyyətinin alimləri araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, bal orqanizmdən alkoqolun sovrulmasına köməklik göstərərək, toksiki maddələrin ifraz olunmasına şərait yaradır.
Balın əsas inqredienti olan fruktoza isə orqanizmə daxil olmuş alkoqolun zəhərli maddələrə parçalanmadan qanda yayılmasını təmin edir. Alimlər belə müəyyənləşdiriblər ki, fruktoza alkoqolun təsiri ilə orqanizmdə əmələ gələn lazımsız turşuların təsirini zəiflədərək onların maddələr mübadiləsini pozmasının qarşısını alır.
Bundan başqa, balın tərkibində kalium və natrium kimi elementlər var ki, bunlar da öz növbəsində alkoqolun orqanizmdən ifraz olunmasını sürətləndirir. Alimlər spirtli içki qəbulundan sonra, bal içən zaman boğaz yanmasın deyə, onu bir stəkan su ilə birlikdə qəbul etməyi məsləhət bilirlər.
DOSTLARINLA PAYLAŞ: