Aspirin xərçəngə qarşı vasitədir
27 Mart 2014 Cümə Axşamı 03:07
Adi aspirini axşamlar yatmamışdan öncə, isti südlə içmək xərçəng xəstəliyinin riskini azaldır.
Oksford Universitetinin alimləri maraqlı araşdırma aparıb. ANS PRESS-in məlumatına görə, onlar dörd il ərzində mütəmadi olaraq aspirin qəbul etmiş 25.570 xəstələri müayinə ediblər.

Bu insanların bütün xəstəliklərinin təhlili zamanı, ekspertlər belə bir nəticəyə gəliblər ki, bütün səbəblərdən ölüm riski, aspirin qəbul edənlərdə orta hesabla 10% aşağıdır. Bu sensasiyalı çalışmanın nəticəsi, nüfuzlu tibb dərgisi "Lancet”də dərc edilib.

Aspirin qəbul edən şəxslər özlərini ağır xəstəliklərdən qorumuş olur. Adi aspirini axşamlar yatmamışdan öncə, isti südlə içmək xərçəng xəstəliyinin riskini azaldır. Bu "kokteyl”i gündəlik içmək məsləhətdir


DOSTLARINLA PAYLAŞ:

oyunlar